Bakı. Trend:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi“Könüllülər Proqramı”na qəbul elan edir.
Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, proqramın məqsədi gənclərin diasporla iş,lobbiçilik fəaliyyəti, xaricdə yaşayan azərbaycanlılarla, onlarınyaratdığı diaspor təşkilatlarıyla, eləcə də Azərbaycana dostmünasibəti bəsləyən xalqların diasporları ilə əlaqələrin qurulmasıvə gücləndirilməsi, Azərbaycan dilinin və milli-mənəvidəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsiistiqamətində həyata keçirilən layihələrdə fəal iştirakına şəraityaratmaq, onların təcrübəsini artırmaq, könüllülük hərəkatınıinkişaf etdirməkdir.
Proqram müddətində könüllülərin müvafiq sahələrdə təcrübəqazanması üçün Azərbaycan Respublikasının Diasporla İş üzrə DövlətKomitəsinin təşkil edəcəyi təlim və layihələrdə iştirakı nəzərdətutulur. Bu layihələrdə və təlimlərdə iştirak etməklə gəncləryüksək bilik-bacarıq və təcrübələrə yiyələnmək imkanıqazanacaq.
“Könüllülər Proqramı” 2026-cı ilin fevral ayından başlayaraq 6ay müddətində davam edəcək. Könüllülük fəaliyyətini uğurla başaçatdıran və öz öhdəliklərini yerinə yetirən gənclər proqramınsonunda Azərbaycan Respublikasının Diasporla İş üzrə DövlətKomitəsi tərəfindən sertifikatla təltif olunacaq.
Müraciət üçün son qeydiyyat tarixi 10 yanvar 2026-cı ildir.Diaspor könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər komitəninrəsmi internet səhifəsindən QR kod vasitəsilə qeydiyyatdan keçəbilərlər.