Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ARB TV-də səyahət həvəskarlarını sevindirəcək möhtəşəm "Dünyanı gəzirəm" adlı layihə start götürür.
Axşam.az xəbər verir ki, dünya miqyasında məşhur olan səyahət formatı bu dəfə Azərbaycanda – yerli istehsalda təqdim ediləcək. Layihənin aparıcısı tanınmış bloger Ramal İsayev olacaq. O, dünyanın müxtəlif ölkələrini səyahət edərək, həmin məkanların mədəniyyəti, adət-ənənələri, mətbəxi və gəzməli-görməli yerlərini tamaşaçılara təqdim edəcək.
Yeni proqram yalnız maraqlı görüntülərlə deyil, həm də praktiki məlumatlarla zəngin olacaq. İzləyicilər getmək istədikləri ölkələr haqqında əvvəlcədən faydalı bilgilər əldə edə biləcəklər.
Layihənin artıq bir neçə buraxılışı hazırdır. Ramal bildirib ki, çəkilişlər zamanı bir sıra qeyri-adi və həyəcanlı hadisələrlə qarşılaşıb. O, Asiya ölkələrini gəzdiyini, fərqli mədəniyyətlərlə qarşılaşdığını vurğulayıb. İzləyicilər çətin keçilən yollar, təbiət möcüzələri, sirli kəndlər, yerli xalqla ünsiyyət və daha çoxunu bu verilişdə izləyəcəklər.
Zenith Xaricdə Təhsilin və "Voyalux travel"in sponsorluq etdiyi "Dünyanı gəzirəm" həm öyrədici, həm də ilhamverici olacaq.






Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.