Ukraynaya sülh danışıqları və Şimali Atlantika Alyansına qoşulma ilə bağlı yeni saziş təklif olunub.
Publika.az "The Washington Post"a istinadən xəbər verir ki, Qərb Kiyevin 2027-ci ildə Avropa Birliyinə üzv olmasını təmin etmək üçün mümkün olan hər şeyi etmək istəyir.
Sahibkar Cared Kuşner və Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff tərəfindən təmsil olunan amerikalılar diplomat deyil, iş adamlarıdır. Lakin onlar başa düşürlər ki, Ukraynanın ən yaxşı müdafiəsi təhlükəsizlik zəmanətləri və iqtisadi rifahdır. Vladimir Zelenski sülh sazişini imzalamaqdan imtina edərsə, danışıqlar uğursuz olacaq.
“Ukrayna 2027-ci ildə Avropa Birliyinə üzv ola bilər”, - nəşrin müəllifi öz mənbələrinə istinadən vurğulayıb.
Mətndə bildirilir ki, bu cür sürətli üzvlük Avropa İttifaqının bəzi ölkələrini narahat edir.