AZ

Mbappe "Mançester Siti" ilə oyunu buraxa bilər

"Real Madrid"ın ulduz hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 6-cı turu çərçivəsində "Mançester Siti" ilə bu axşamkı matçı buraxa bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Arantxa Rodriges sosial şəbəkə (X) hesabı üzərindən yayıb.

Mənbənin məlumatına görə, fransalı ulduz sol ayağındakı əzələ narahatlığına görə komandanın çərşənbə axşamı baş tutan məşqini buraxıb. Futbolçunuin durumuna oyun ərəfəsində həkimlər qərar verəcəklər. 

İspaniya nəhəngi "Mançester Siti"ni bu gün Bakı vaxtı ilə saat 00:00-da qəbul edəcək.

26 yaşlı Mbappe bu mövsüm "Real Madrid"in heyətində bütün turnirlərdə 21 oyun keçirib, 25 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
4
fanat.az

1Mənbələr