AZ

Xəzərdən keçən boru xətti ilə Türkiyəyə təbii qazın nəqlinə başlanılacaq

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Xəzərdən keçən boru xətti ilə təbii qazın Türkiyəyə ötürülməsi istiqamətində konkret addımlar atılır”

APA xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Nazir bildirib ki, Xəzərin şərqindəki karbohidrogen ehtiyatlarının Xəzərin qərbinə daşınması böyük əhəmiyyət daşıyır:

“Artıq 30 illik arzumuz olan Xəzərdən keçən boru xətti vasitəsilə Türkiyəyə təbii qaz çatdırılması hədəfimizdə konkret addımlar atmaq mərhələsinə çatmışıq. Xəzərin qərb tərəfində bunun üçün infrastruktur artıq mövcuddur. TANAP bu baxımdan son dərəcə strateji bir layihədir. Bu hədəf istiqamətində əldə edəcəyimiz irəliləyişlər həm Türk Dövlətlərinin inkişafına töhfə verəcək, həm də Avropa və Aralıq dənizi enerji bazarları üçün oyunun qaydalarını dəyişdirən bir təsir göstərəcək” – deyə Alparslan Bayraktar qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
2
apa.az

3Mənbələr