Axar.az saytına istinadən ain.az xəbər verir.
Amerikanın F-18 qırıcıları təxminən 40 dəqiqə Venesuela hava məkanında qalıb.
Axar.az xəbər verir ki, bu barədə “Miami Herald” qəzeti “Flaytradar” xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, Amerika qırıcılarının marşrut xətti Venesuela enerjisi üçün strateji əhəmiyyət kəsb edən Suliya və Falkon ştatları arasından keçib:
“Qırıcılar ölkənin ikinci ən böyük şəhəri olan Marakaybodan 160 kilometrdən az məsafədə və milyardlarla barrel neft ehtiyatı olan eyniadlı gölün üzərindən uçub”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.