AZ

Məşhur kosmonavtın oğlunun meyidi tapıldı

Ukraynanın ilk kosmonavtı Leonid Kadenyukun oğlu, 41 yaşlı Dmitri Kadenyuk Kiyevdə ölü tapılıb. Vətəninfo.az xəbər verir ki, o, bu gün səhər saatlarında anası Vera Kadenyuk tərəfindən Lesya Ukrainka meydanında yerləşən mənzilində aşkar edilib.

RBC-Ukrayna mənbələrinin məlumatına görə, Dmitrinin meyiti giriş qapısının yanında tapılıb. Məlumata görə, onun bədənində çoxsaylı yaralar olub və əlində bıçaq sıxılıb. Mənzildə heç bir intihar qeydi tapılmayıb. Ailənin dostları isə xəsarətlərin xarakterinə görə, Dmitri Kadenyukun müqavimət göstərdiyini və həyatını qorumağa çalışdığını qeyd edirlər.

Kiyev polisi hadisə ilə bağlı araşdırmalara başlayıb. Məlumat Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə İbtidai istintaqın Vahid Reyestrinə daxil edilib. Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.

Daha əvvəl, “Dolnosikov şousu”nun quruluşçu rəssamı Vadim Tupçiyin də öldürüldüyü bildirilmişdi. O, Rusiyanın Kiyevi birgə atəşə tutması nəticəsində həyatını itirmişdi.

Seçilən
26
veteninfo.az

1Mənbələr