Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri məlum olub.
İdmanxeber.az xəbər verir ki, 56 yaşlı xorvatiyalı mütəxəssis Qırğızıstan millisinin baş məşqçisi təyin edilib. Onunla 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Prosineçki daha əvvəl 2014–2017-ci illərdə Azərbaycan yığmasını, son olaraq isə Monteneqro millisini çalışdırıb.