Ermənistan parlamentinin sədri Alen Simonyan Bakıda keçiriləcək 3+3 formatında mümkün görüşdə Ermənistan nümayəndə heyətinin iştirakını istisna etməyib.
“Heç bir regional formatdan kənarda qalmağın düzgün məntiq olduğunu düşünmürəm və Bakıda keçirilməsi planlaşdırılan istənilən tədbirdə Ermənistan nümayəndə heyətinin iştirakını istisna etmirəm”, - Simonyan bildirib.