AZ

WP: Ukrayna nizamlanması üzrə danışıqlar hələ də yekunlaşmayıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, The Washington Post yazır ki, Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı üç əsas sənəd üzrə aparılan danışıqlar hələ də tamamlanmayıb. Söhbət ABŞ-ın təklif etdiyi sülh planı, təhlükəsizlik təminatları və müharibədən sonrakı iqtisadi bərpa sənədlərindən gedir.
Məlumata görə, tərəflər bu sənədlərə dair birgə düzəliş paketini 10 dekabrda dərc etməyi planlaşdırırlar. İqtisadi bərpa istiqamətində ABŞ rəsmiləri "BlackRock" şirkətinin baş direktoru Lerri Finklə 400 milyard dollarlıq Ukrayna İnkişaf Fondunun yenidən yaradılması planı üzərində danışıqları davam etdirirlər. Bu prosesdə Dünya Bankı da iştirak edir. Vaşinqton noyabr ayında 28 maddədən ibarət sülh planı təqdim etmişdi. Bu plan Kiyev və bəzi Avropa paytaxtlarında narazılığa səbəb olmuş və sənədin ciddi şəkildə dəyişdirilməsi tələb edilmişdi. 23 noyabrda ABŞ və Ukrayna nümayəndələrinin Cenevrədə konsultasiyaları, daha sonra isə 30 noyabrda Floridada keçirilən görüşlərdə münaqişənin dayandırılması yolları, iqtisadi və təhlükəsizlik məsələləri, həmçinin Ukraynada gələcək seçkilərin keçirilməsi və ərazi məsələləri müzakirə olunub.
3 dekabrda Moskva vaxtı ilə gecəyarısından sonra Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüş keçirib. Kremlin məlumatına görə, görüş "konstruktiv və məzmunlu" olub, tərəflər müxtəlif sülh planı variantlarını, o cümlədən ərazi məsələsini müzakirə ediblər.
Ukrayna prezidenti Volodimir Zelenski isə bildirib ki, Avropa liderləri ilə görüşdən sonra hazırlanan yeni sülh planı variantı çərşənbə axşamı axşam ABŞ tərəfinə təqdim ediləcək. Onun sözlərinə görə, plan 28 bənddən 20-yə qədər qısaldılıb, lakin ərazilərlə bağlı kompromis hələ ki, tapılmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
olaylar.az

1Mənbələr