BAKI, 10 dekabr. TELEQRAF
Məsafədən iş hər kəs üçün maraqlıdır. Çünki əmək fəaliyyətimizdə buna zərurət vardır.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.
Onun fikrincə, 4-cü maddədə qeyd olunub ki, distant işləyən işçilərin də Əmək Məcəlləsinin təminatları ilə tam əhatə olunması təsbit edilir. 55-ci maddədə isə distant işə dair əlavə əmək şəraiti tərəflərin razılığı ilə əmək müqaviləsində müəyyən olunur".