AZ

İrəvan Bakının bu iradına münasibət bildirməyə hazır deyil

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan-Avropa İttifaqı sənədinə münasibətini şərh etməyə hələlik hazır olmadığını bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbətində bildirib.

"İndiki mərhələdə mən bunu şərh etməyə hazır deyiləm, çünki həmkarlarımla müzakirə etmədən heç bir qiymət vermək istəmirəm. Xarici İşlər Nazirliyi daha sonra şərh verəcək. Nə vaxt bilmirəm, amma verəcək. Şəxsən mən hazırda bu barədə heç bir şəkildə şərh verməyə hazır deyiləm", - Simonyan deyib.

Lakin o, bu sənədin Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması prosesini ləngidə biləcəyinə inanmır. Simonyanın sözlərinə görə, Bakı ilə iş bütün cəbhələrdə davam edir. "Həm Ermənistan, həm də Azərbaycan tərəfdən müsbət münasibət var", - o qeyd edib.

Seçilən
90
publika.az

1Mənbələr