
“Yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin daha bir hissəsi demarkasiya olunacaq”.
Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə müsahibəsi zamanı məlumat verib.
“Deməliyəm ki, bəzi məsələlərdə biz tələsirik, bəzi məsələlərdə Azərbaycan tərəfi tələsir, amma proses davam edir və düşünürəm ki, yaxın gələcəkdə biz sərhədin müəyyən hissəsini də demarkasiya edəcəyik”, - deyə siyasətçi vurğulayıb.
Lakin Simonyan sərhədin hansı hissəsinin demarkasiya olunacağını açıqlamayıb.
Daşqın HəsənovMissiya.Az