AZ

Distant iş zamanı əməyin mühafizəsi necə olacaq? - AÇIQLAMA

"Məsafədən iş hər kəs üçün maraqlıdır. Çünki əmək fəaliyyətimizdə buna zərurət vardır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.

"Dəyişiklik ondan ibarətdir ki, 4-cü maddədə qeyd olunub ki, distant işləyən işçilərin də Əmək Məcəlləsinin təminatları ilə tam əhatə olunması təsbit edilir. 55-ci maddədə isə distant işə dair əlavə əmək şəraiti tərəflərin razılığı ilə əmək müqaviləsində müəyyən olunur", - deyə R.Mustafayev bildirib.

Nazir müavinin sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, distant iş rejimində işçinin həyat və sağlamlığının qorunmasına görə əsas məsuliyyət işəgötürənin üzərində qalır:

"Yəni, işəgötürən distant iş zamanı yalnız təqdim etdiyi avadanlıq, proqram təminatı, məlumatların mühafizəsi və onların təhlükəsiz istismar qaydalarının işçiyə yazılı şəkildə çatdırılması çərçivəsində məsuliyyət daşıyır. Bunların hamısını Əmək Məcəlləsinə sala bilmərik. Bu, sonrakı normalarda və iki tərəf arasında olan əmək müqaviləsinə əlavələrdə öz həllini tapacaq".

Anar Kəlbiyev

Seçilən
4
5
unikal.az

7Mənbələr