AZ

Distant işlə bağlı iki əsas MƏSƏLƏ

Distant işin icra olunmasında iki əsas məqam var. Birincisi, tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. İkincisi, iş həqiqətən də distant (məsafədən) iş formasında yerinə yetirilə biləcək iş olmalıdır. Yəni, bu bütün işlərə şamil edilməyəcək. Bu iş yalnız distant rejimdə yerinə yetirməyə imkan verən  müvafiq proqram təminatı, telekommunikasiya vasitələri və digər texnoloji şərtlər mövcud olduğu halda mümkündür.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü plenar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov deyib.

Şöbə müdiri qeyd edib ki, əmək mühafizəsi ilə bağlı, əmək məcəlləsinin müvafiq normalarında 222‑ci maddənin 3-cü hissəsində tərəflərin əmək mühafizəsi ilə bağlı öhdəliklərinin əmək müqaviləsində göstərilməsi tələb olunur. Deməli, distant işlə bağlı da, 55‑ci maddəyə əlavə edilmiş şərtlərdə tərəflər əmək mühafizəsi ilə bağlı öz öhdəliklərini yazılı şəkildə razılaşdırmalıdırlar. İşəgötürən və işçi arasında bu öhdəliklərin icrası həmçinin əmək məcəlləsində nəzərdə tutulan ümumi əmək mühafizəsi qaydalarına uyğun aparılacaq.

Distant iş rejimində işin necə təşkil olunacağı, hansı texnologiyadan istifadə ediləcəyi və bu xidmətlərin kim tərəfindən təmin olunacağı məsələsi vacibdir. 196‑cı maddəyə əsasən, işçinin öz əmlakından istifadə etməsi mümkündür, amma bu halda da işçi və işəgötürən arasında qarşılıqlı razılıq olmalıdır. Bu baxımdan, 4‑cü maddəyə və digər maddələrə əlavə edilmiş dəyişikliklər məsafədən iş üçün hüquqi baza formalaşdırır.

 

Seçilən
10
1
modern.az

2Mənbələr