“Distant iş”in görüləcəyi yer əvvəlcədən müəyyən olunacaq.
Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Bakıda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, “Distant iş” anlayışının qanunvericiliyə əlavə edilməsi, məsafədən işin əmək müqaviləsi ilə tənzimlənməsi zəruri idi:
“Distant iş” zamanı əməyin təhlükəsizliyi ilə əlaqədar məsuliyyət işəgötürən üzərindədir. Bununla da işəgötürən “distant iş” zamanı təqdim etdiyi avadanlıq, proqram təminatı, məlumatların mühafizəsi və onların təhlükəsiz istismar qaydalarının işçiyə yazılı şəkildə çatdırılması çərçivəsində məsuliyyət daşıyacaq. “Distant iş”in görüləcəyi yer əvvəlcədən müəyyən olunacaq. Həmin yerin təhlükəsizliyi ilə bağlı əmək mühafizəsi normaları təsbit ediləcək”.