AZ

Ukrayna Moskvanı PUA-larla VURDU

Bu gün səhər saatlarında Ukrayna Moskva istiqamətində pilotsuz təyyarələrlə hücuma başlayıb. Vətəninfo.az xəbər verir ki, Moskva meri Sergey Sobyaninin verdiyi məlumata görə, Rusiya hava hücumundan müdafiə qüvvələri, Moskva üzərinə gələn üç Ukrayna pilotsuz təyyarəsini zərərsizləşdirib.

Sobyanin, Telegram-da paylaşılan açıqlamasında, “Fövqəladə hallar xidmətinin mütəxəssisləri dağıntıların düşdüyü ərazilərdə işləyir,” deyə bildirib.

Dünən isə Rusiya hava hücumundan müdafiə qüvvələri 4 pilotsuz uçan aparatı vurmuşdu. Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırmalar davam edir.

Seçilən
87
veteninfo.az

1Mənbələr