AZ

Nazir müavini: Distant işlə bağlı meyarlar qanunvericiliyə əsaslanır

BAKI, 10 dekabr. TELEQRAF

Sağlamlığın qorunmasına görə əsas məsuliyyət işəgötürənin üzərində qalacaq.

Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu məsuliyyət işəgötürənin nəzarət edə bildiyi sahələrlə məhdudlaşır: “Yəni işəgötürən distant iş zamanı yalnız təqdim etdiyi avadanlıq, proqram təminatı, məlumatların mühafizəsi və onların təhlükəsiz istismar qaydalarının işçiyə yazılı şəkildə çatdırılması çərçivəsində məsuliyyət daşıyır. Bu məsələlər işəgötürən və işçi arasında yazılı formada dəqiq şəkildə bölüşdürülür və əmək müqaviləsində öz əksini tapır".

Nazir müavini bildirib ki, distant işin görüləcəyi yer əvvəlcədən müəyyən olunur, həmin yerin təhlükəsizliyi ilə bağlı əmək mühafizəsi normaları təsbit edilir, bu şərtlər təsdiq edildikdən sonra işçi həmin müəyyən olunmuş yerdən distant şəkildə işini davam etdirir.

Seçilən
24
5
teleqraf.com

6Mənbələr