
“Mən Ermənistan nümayəndə heyətinin Bakıda planlaşdırılan hər hansı tədbirdə iştirakını istisna etmirəm”.
Missiya.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə müsahibəsi zamanı deyib.
“Heç bir regional formatdan kənarda qalmağın və iştirak etməməyin düzgün məntiq olacağını düşünmürəm”, - deyə siyasətçi vurğulayıb.
Simonyan qeyd edib ki, İstanbulda keçiriləcək konfrans çərçivəsində mənimlə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə arasında təmaslar olacaq.
Daşqın HəsənovMissiya.Az