Endokrinoloq Larisa Fiqeyredo bildirib ki, qanda qlükozanın normadan artıq olması orqanizmin bir çox sistemlərinin fəaliyyətini pozur.
Redaktor.az xəbər verir ki, mütəxəssis "Metropoles" nəşrinə açıqlamasında şəkər diabetinin erkən əlamətlərini sadalayıb.
Həkimin sözlərinə görə, xəstəliyi ilk mərhələdə müəyyən etməyə imkan verən əsas əlamətlərdən biri tez-tez sidiyə çıxmadır.
Fiqeyredo qeyd edib ki, digər mühüm əlamət isə artmış susuzluq hissidir. Bu susuzluq xüsusilə gecələr daha da güclənir və insan yuxudan oyanaraq su içmək məcburiyyətində qalır.
Aytəkin TOFİQQIZI