Bakı. Trend:
Sağlamlığın qorunmasına görə əsas məsuliyyət işəgötürəninüzərində qalacaq.
Trend xəbərverir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müaviniRəşad Mustafayev Milli Məclisin Əmək və sosial siyasət komitəsininbugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədəqanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini vurğulayıb ki, lakin bu məsuliyyət işəgötürəninnəzarət edə bildiyi sahələrlə məhdudlaşır:
“Yəni işəgötürən distant iş zamanı yalnız təqdim etdiyiavadanlıq, proqram təminatı, məlumatların mühafizəsi və onlarıntəhlükəsiz istismar qaydalarının işçiyə yazılı şəkildə çatdırılmasıçərçivəsində məsuliyyət daşıyır”.
R.Mustafayev bildirib ki, bu məsələlər işəgötürən və işçiarasında yazılı formada dəqiq şəkildə bölüşdürülür və əməkmüqaviləsində öz əksini tapır.
“Distant işin görüləcəyi yer əvvəlcədən müəyyən olunur, həminyerin təhlükəsizliyi ilə bağlı əmək mühafizəsi normaları təsbitedilir, bu şərtlər təsdiq edildikdən sonra işçi həmin müəyyənolunmuş yerdən distant şəkildə işini davam etdirir.
Əlbəttə, bütün bu tələblər Əmək Məcəlləsinin ümumi normalarınauyğun şəkildə tətbiq olunur və tərəflər arasında bağlanan əməkmüqaviləsinə ediləcək əlavələrdə dəqiq şəkildə öz əksini tapacaq”,- deyə o qeyd edib.