
“ABŞ-nin Ukrayna münaqişəsinin həlli ilə bağlı təklifləri Ukraynada etnik azlıqların hüquqlarının və dini azadlıqların təmin olunmasını tələb edir”.
Missiya.Az “TASS”ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Ümid edirəm ki, heç bir böyük sirri açmıram. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun gətirdiyi təkliflərdə Ukraynada milli və dini azlıqların hüquqlarının təmin edilməsi xüsusi qeyd olunub", - deyə siyasətçi vurğulayıb.
Lavrovun sözlərinə görə, nizamlanma ilə bağlı sənədlər hələ də məxfidir, lakin insan haqları ilə bağlı məsələləri gizli saxlamaq olmaz.
Daşqın HəsənovMissiya.Az