AZ

“Terrordan azad zona idealına mütləq nail olacağıq” - Ərdoğan

“Əvvəlcə terrorsuz bir Türkiyə hədəfinə çatacağıq, sonra Allahın izni ilə inkişafın, həmrəyliyin, əməkdaşlığın, sülhün mərkəzində olduğu, terrorsuz bir bölgə idealına mütləq çatacağıq”.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 dekabr Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya İnsan Haqları Bəyannaməsinin qəbul edilməsinin 77-ci ildönümü və İnsan Haqları Günü münasibətilə yayımladığı mesajında deyib.

Türkiyə lideri mesajında ​​xalqı və bəşər ailəsinin hər bir üzvünü İnsan Hüquqları Günü münasibətilə təbrik edərək, bəşəriyyətin ortaq dəyərlərini və nailiyyətlərini təmsil edən Bəyannamənin hər bir fərdin təbii hüquqlarını təmin edən qlobal bir öhdəlik olaraq qaldığını bildirib.

Bununla belə, Bəyannamədə yer alan qayda və prinsiplərin dünyanın bir çox yerində pozulduğuna diqqət çəkən Ərdoğan, sülh və ədalət anlayışlarının daim mövqelərini itirdiyini vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
42
missiya.az

1Mənbələr