AZ

ABŞ-nin lideri sanksiyaları ləğv etməyə tələsmir -Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp özündən əvvəlki prezident Co Baydeni BRICS ölkələrinin dolların sabitliyinə inamını sarsıtmaqda ittiham etsə də, özü Rusiyaya qarşı sanksiyaları nəinki ləğv edir, əksinə, daha da genişləndirir.

Redaktor.az xəbər verir ki, Lavrov bu haqda mediaya açıqlama verib.

Nazir qeyd edib ki, Tramp Baydenin sanksiya siyasətinin dolların etibarlılığına zərbə vurduğunu və BRICS ölkələrini alternativ ödəniş platformaları axtarmağa vadar etdiyini deyib.

Lavrovun sözlərinə görə, bu proses təkcə BRICS dövlətlərində deyil, digər ölkələrdə də müşahidə olunur.

“Burada günah təkcə Baydendə deyil. Üstəlik, ABŞ-nin hazırkı lideri sanksiyaları ləğv etməyə tələsmir, əksinə onları artırır,” - deyə Lavrov vurğulayıb.

Aytəkin TOFİQQIZI

Seçilən
28
1
redaktor.az

2Mənbələr