AZ

Rəşad Mustafayev: Əmək Məcəlləsinə olunan dəyişikliklər insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edir

Bakı, 10 dekabr, AZƏRTAC

Ölkəmizdə əmək hüquqlarının qorunması, işçilərin sosial təminatının gücləndirilməsi və layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial-iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Bu gün bütün dünyada qeyd olunan Ümumdünya İnsan Hüquqları Günündə müzakirə etdiyimiz bu layihə də mahiyyət etibarilə insan hüquqlarının daha etibarlı şəkildə qorunmasına xidmət edir. Layihə əmək münasibətlərinin yeni iqtisadi reallıqlarla ayaqlaşması, beynəlxalq əmək standartlarına uyğunlaşdırılması və praktikada üzə çıxan boşluqların aradan qaldırılması zərurətindən irəli gəlir.

AZƏRTAC xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin dekabrın 10-da keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

O deyib ki, layihədə yer alan məsələlərdən biri distant işlə bağlıdır. Bildiyiniz kimi, distant iş COVID-19 dövründə qlobal miqyasda kəskin aktuallaşdı və işəgötürənlər, işçilər, eləcə də dövlətlər üçün yeni çağırışlar yaratdı. Pandemiya şəraiti əmək münasibətlərində çevik iş formalarının hüquqi tənzimlənməsinin vacibliyini göstərdi. Bu kontekstdə beynəlxalq təcrübəyə uyğun olaraq distant iş anlayışının hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə layihədə Əmək Məcəlləsinin 3-cü, 4-cü, 55-ci maddələri təkmilləşdirilib.

Seçilən
69
1
azertag.az

2Mənbələr