Azərbaycan xalqı İran prezidentini sevir.
"Yeni Sabah" IRNA-ya istinadla xəbər verir ki, bunu cüdo üzrə İran milli komandanın baş məşqçisi Rəşad Məmmədov deyib.
"Məsud Pezeşkian bizim dildə danışır və o, dürüst və xeyirxah insandır. Bu yaxınlarda Məsud Pezeşkianla görüşmək şərəfinə nail olmuşam. Mən onu çox sevirəm, çünki o, bizim dildə danışır, səmimi və mehriban insandır. Təkcə mən yox, Azərbaycan Respublikası xalqı da onu ürəkdən sevir, xəbərlərini, fəaliyyətini izləyir", - deyə məşqçi vurğulayıb.
Xatırladaq ki, Rəşad Məmmədov bu ilin mayında cüdo üzrə İran milli komandanın baş məşqçisi təyin olunub.
Telegram kanalımız