AZ

ABŞ-nin Ukrayna üçün hazırladığı sülh planının detalları məlum olub

ABŞ, Ukrayna və Avropa İttifaqı rəsmilərinin məlumatına görə, Vaşinqtonun hazırladığı yeni sülh planı Ukraynanın 2027-ci ildə Avropa İttifaqına (Aİ) qoşulmasını və təmas xətti boyunca demilitarizasiya zonası yaradılmasını nəzərdə tutur. 

Missiya.Az xəbər verir ki, bu barədə "The Washington Post" mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, plan çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin 800 min nəfərlə məhdudlaşdırılması da müzakirə olunur. ABŞ həmçinin Zaporojye Atom Elektrik Stansiyasına (ZNPP) nəzarətin təmin edilməsində və Ukraynanın bərpası üçün xarici investorların cəlb edilməsində maraqlıdır.

Qəzet yazır ki, ərazi məsələləri ilə bağlı Vaşinqton və Kiyev arasında müzakirələr davam edir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl ukraynalı həmkarı Volodimir Zelenskini Vaşinqtonun təklif etdiyi sülh planı ilə razılaşmağa çağırmışdı.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
47
missiya.az

1Mənbələr