Qax Rayon sakini dializ xəstəsi olan övladını dövlət xəstəxanalarında müalicə etdirə bilmir.
NOCOMMENT.az -a müraciət edən Qax rayon Əmircan kənd sakini İxtiyar Mirzəbəyov bildirib ki, Özbəkistan vətandaşı olan qızı Xəzangül böyrək çatışmazlığından əziyyət çəkir, vəziyyəti həkimlər tərəfindən ağır olaraq dəyərləndirilir.
Onun sözlərinə görə, qızı başqa ölkənin vətəndaşı olduğu üçün heç bir dövlət xəstəxanası onu qəbul etmir. Özəl xəstəxanalar isə 20 faiz baha qiymətlə xidmət göstərir.
İxtiyar Mirzəbəyov qeyd edib ki, hər həftə qızını Bakıda yerləşən özəl xəstəxanalara aparır ki, bu da ona həftəlik 400-500 manata başa gəlir.
Əlacsız qalan ata xahiş edərək köməklik göstərilməsini istəyir.