AZ

ABŞ turistlərin sosial mediasını araşdıracaq

ABŞ-də viza problemləri davam edir.

"Unikal" "The New York Times" qəzetinə istinadən xəbər verir ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi vizasız proqramda iştirak edən ölkələrdən gələn turistlərə tətbiq etməyi planlaşdırdığı yeni tədbirləri dərc edib.

Böyük Britaniya, Fransa, Almaniya və Cənubi Koreya da daxil olmaqla 42 ölkənin vətəndaşlarına rəqəmsal səyahət icazəsi almaq şərti ilə ABŞ-də 90 günə qədər vizasız qalmaq imkanı verən proqramın yeni planı ərizəçilərdən tələb olunan məlumatların əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur.

Plan təsdiqlənərsə, potensial ziyarətçilərdən son 5 ildə sosial media hesabı məlumatlarını, həmçinin son 10 ildəki e-poçt ünvanlarını və ailə üzvlərinin adları, doğum tarixləri və yaşayış yerləri kimi məlumatları təqdim etmələri istənəcək.

Mövcud sistemə əsasən, vizadan azad olan ölkələrdən olan ərizəçilər əlaqə məlumatlarını təqdim etməklə 40 ABŞ dollarına rəqəmsal səyahət icazəsi proqramı üçün qeydiyyatdan keçirlər və onların icazəsi iki il müddətində etibarlıdır.


 

Seçilən
4
1
unikal.az

2Mənbələr