AzVision.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli dekabrın 10-da Heydər Əliyev Mərkəzində keçirilən "Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" adlı elmi-praktiki forumda çıxışı zamanı deyib.
O bildirib ki, geniş mənada mədəniyyət bir xalqa münasibətdə mövcud olan, ona xüsusi kimlik verən, cəmiyyətdaxili bütövlüyü tarazlayan, onu başqa xalqlardan fərqləndirən və müəyyən bir zaman kəsimində sabit şəkildə formalaşan düşüncələr, dəyərlər, davranışlar və qaydalar sistemindən ibarət bir anlayışdır.
Nazirin sözlərinə görə, pozitiv mənada isə hüquq individual azadlıqları, davranışları və ictimai münasibətləri formalşadırmaq və tənzimləmək üçün dövlət institutları tərəfindən yaradılmış və tətbiq edilən qaydalar toplusudur:
"Ölkəmizin zəngin mədəni tarixi var və bu mədəniyyət dövlətçiliyin formalaşmasında ciddi və əsaslı təsirə malik olub. Cəmiyyətdə mədəniyyətə fərqli baxışlar qaçılmazdır. Mədəniyyət sosial məfhum və fenomen olduğundan bu sahədə yeni və geniş baxış formalaşır".
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta