kurort, Mauritşini geridə qoyaraq dünyanın ən yaxşı çimərlik istiqaməti oldu: “cənnət məkanı” açıqlanıb
Portuqaliyanın “Avropanın Kaliforniyası” adlandırılan Alqarve regionu 2025-ci ilin dünyanın ən yaxşı çimərlik istiqaməti seçilib.
HİT.az "The Daily Mail"ə istinadən xəbər verir ki, ölkənin cənubundakı bu günəşli bölgə uzun illərdir qızılı çimərlikləri, mənzərəli qayalıqları, qədim şəhərcikləri, münasib qiymətləri və sərfəli uçuşları ilə turistləri cəlb edir.
6 dekabrda Bəhreyndə keçirilən builki "World Travel Awards" mərasimində Alqarve qar kimi ağ çimərlikləri və firuzəyi lagunaları ilə tanınan Mavriki adasını geridə qoyaraq ardıcıl üçüncü dəfə qalib olub. Ümumilikdə isə bu, regionun dördüncü qələbəsidir və onu bu mükafatı dörd dəfə qazanan yeganə çimərlik istiqamətinə çevirir.
Beləliklə, Alqarve üç mükafatı olan Maldiv və Törks və Kaykos adaları adalarını da arxada qoyub.
Peşəkar turizm ictimaiyyəti 19 namizəd — Tailand, Kankun, Seyşel adaları, Filippinlər və Zənzibar da daxil olmaqla — arasından seçim edib. Alqarvenin 150-dən çox çimərliyi var, o cümlədən qırmızı qayalıqları ilə məşhur uzun Praia da Falesia və möhtəşəm Praia da Marinha sahilləri.
Ötən il Portuqaliyaya təxminən 3,7 milyon britaniyalı səfər edib ki, bu da bütün xarici turistlərin təxminən 17–18 faizini təşkil edir. Səyahətçilər üçün sevindirici məqam isə Faru hava limanına biletin cəmi 18 funt sterlinqə tapıla bilməsidir. Böyük Britaniyadan uçuş müddəti isə üç saatdan azdır.
Məsələn, "Wizz Air" Getvikdən Faruya 18 funt sterlinqə uçuşlar təklif edir və bu, qış günəşindən həzz almaq imkanı yaradır. Qışda Alqarvedə temperatur adətən 11°C–16°C arasında olur. May ayında isə temperatur 22–24°C-ə çatır və həmin dövrdə Getvikdən uçuşları 26 funt sterlinqə tapmaq mümkündür.
Alqarve Turizm Bürosunun prezidenti Andre Qomeş qələbəni “bütün region üçün xüsusi an” adlandırıb. Onun sözlərinə görə, bu mükafat uzun illərin komanda işinin nəticəsi və Alqarvenin çimərlik istiqamətləri üzrə dünya lideri statusunu təsdiqləyən göstəricidir. O həmçinin bildirib ki, region mükafatla yanaşı, təbii sərvətləri qorumaq və qonaqların gözləntilərini aşmaq kimi əlavə məsuliyyət də qazanır.
Alqarvenin uğuru Portuqaliyanın 2026-cı ildə pensiyaya çıxmaq üçün ən yaxşı beş ölkə sırasına daxil olması ilə üst-üstə düşüb. Ölkə həmçinin istirahət üçün mənzil almaq baxımından ən cəlbedici dövlətlər arasında üçüncü yerdə qərarlaşıb.
İldə 300-dən çox günəşli günü, sakit həyat tərzi və hələ də rəqabətcil daşınmaz əmlak qiymətləri ilə Portuqaliya getdikcə daha çox britaniyalını cəlb edir. Hazırda ölkədə təxminən 47 409 britaniyalı ekspat yaşayır.
İkiotaqlı mənzilin orta qiyməti təxminən 186 000 funt sterlinqə çatır və "Rightmove" məlumatlarına görə, ən çox maraq göstərilən bölgə hələ də cənub sahilləridir.
Samir