Bakı. Trend:
“Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlətinformasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyətiüzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası” təsdiqedilib.
Trend xəbərverir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Bununla mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətmülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfidövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publikhüquqi şəxslər və digər büdcə təşkilatları, həmçinin yerliözünüidarəetmə orqanları tərəfindən elektron xidmətlərin təşkili vəgöstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının vəsistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilməninaparılması qaydasını müəyyən edilir.
Qiymətləndirilməni Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyikeçirəcək. Bu Qayda əldə edilməsi məhdudlaşdırılmış informasiyanıehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habeləkritik informasiya infrastrukturu obyektlərinə həmin sahələritənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiqediləcək.