AZ

BMMT-nin Baş katibi Ərgüc Kələntərli Sudanın daxili işlər naziri ilə görüşüb

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli 9 dekabrda Təşkilatın yeni qərargahında Sudan Respublikasının daxili işlər naziri cənab Babeker Samra Mustafa Əli ilə görüşüb.

Bu barədə APA-ya BMMT-dən məlumat verilib.

Bildirilib ki, görüş zamanı tərəflər Sudanda mövcud humanitar vəziyyəti, ölkənin bu şəraitdən irəli gələn təcili ehtiyaclarını, eləcə də Sudan ilə BMMT arasında üzv dövlət kimi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Bu çərçivədə birgə təşəbbüslər, potensialın artırılması, təlimlərin və təkmilləşdirmə kurslarının təşkili, zəruri avadanlıqların təminatı, erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi və BMMT ilə əməkdaşlıq çərçivəsində dəstək göstərilə biləcək digər istiqamətlər nəzərdən keçirilib.

Görüş zamanı həmçinin BMMT-nin səlahiyyətləri çərçivəsində həyata keçirdiyi fəaliyyətlər, habelə Təşkilatda təkmilləşdirilmə və effektivliyin artırılması məqsədilə aparılan cari işlər və təşəbbüslər müzakirə olunub.

Sudanlı nazir öz növbəsində BMMT-nin yeni və daha nüfuzlu qərargaha uğurla köçürülməsi münasibətilə təbriklərini çatdırıb, Baş katibin vəzifəyə başlamasından etibarən əldə etdiyi əhəmiyyətli nailiyyətlərlə yanaşı, Sudandakı mövcud vəziyyət fonunda BMMT-nin bu istiqamətdə irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirib.

Əməkdaşlığın gələcək istiqamətləri müzakirə edilərkən, Sudan Respublikası və BMMT-yə üzv dövlətlərin aidiyyəti tədris və akademik müəssisələri ilə əlaqələrin genişləndirilməsi də mümkün əməkdaşlıq istiqaməti kimi qeyd olunub.

Görüşün sonunda tərəflər mülki müdafiə və humanitar fəaliyyət sahələrində əməkdaşlığın və koordinasiyanın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə birgə səylərin davam etdiriləcəyini ifadə ediblər.

BMMT-nin
Seçilən
95
2
apa.az

3Mənbələr