AZ

Mədəniyyət naziri: Azərbaycan mədəniyyəti tarix boyu xalqımızın bütövlüyünü təmin edib

Bakı, 10 dekabr, AZƏRTAC

Azərbaycan müxtəlif və zəngin mədəniyyətlərin qovuşduğu bir məkan kimi çoxəsirlik tarixi ərzində insan ləyaqətinə hörmət, azadlıq, bərabərlik və milli kimlik kimi dəyərlərə əsaslanan, multikultural ənənələri özündə birləşdirən milli mədəniyyət formalaşdırıb.

AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bunu dekabrın 10-da Heydər Əliyev Mərkəzində keçirilən "Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" adlı elmi-praktiki forumda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Azərbaycan mədəniyyəti tarix boyu xalqımızın birliyinin, bütövlüyünün və çağdaş dövrdə qüdrətli, müasir dövlətə çevrilməsinin əsas şərtlərindən biri olub. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdə Azərbaycan xalqının milli mədəniyyətinin xüsusi rolu bunu bir daha təsdiqləyir.

Seçilən
119
azertag.az

1Mənbələr