AZ

İranlı politoloq: "Tehran "Tramp yolu"ndan məmnun deyil"

Bu sözləri İran-Avrasiya Təhqiqatları İnstitutunun direktor müavini, politoloq Armina Arm "Sputnik Armenia" xəbər saytınamüsahibəsindədilə gətirib. O bildirib ki, rəsmi Tehran "Tramp yolu" layihəsinin icrası fonundaözünün "qırmızı xətləri" barədəBakı və İrəvanı dəfələrlə məlumatlandırıb: "İran hazırda prosesin gedişini izləyir".

Xanım politoloqun sözlərinə görə,Tehranın son illərYaxın Şərqdəki hadisələrə, İsraillə müharibəyə, özünün nüvə proqramı ətrafında formalaşangərgin vəziyyətə başı qarışıb:

"Ona görə də Cənubi Qafqaza lazımınca diqqət ayıra bilməyib. Eyni zamanda, müttəfiq Rusiyanın da Ukraynada müharibə ilə əlaqədar regionda "aktivliyi" azaldığı üçün hazırkı vəziyyət əmələ gəlib".

(İran-Avrasiya Təhqiqatları İnstitutunun direktor müavini, politoloq Armina Arm)

Armina Arm vurğulayıb ki, Yaxın Şərqdə müəyyən sabitliyin yaranması fonundaİran Cənubi Qafqazda nüfuzunu artırmaq niyyətindədir:

"Tehran, əlbəttə, həm Ermənistan, həm də Azərbaycanla normal münasibətlərin inkişafına maraq göstərir, bu ölkələr arasında sülhə töhfə verən hər cür təşəbbüsü alqışlayır.Hərçənd "Tramp yolu" layihəsi İranın nəzərindən anlaşılmaz qalmaqdadır.Onun narahatlığı bu layihənin həyata keçirilməsinə, icrasına qoşulan tərəflərlə əlaqədardır".

Mütəxəssis vurğulayır ki, Ukraynada müharibə başa çatdıqda,Rusiya yenidən Cənubi Qafqaza fokuslandıqdalayihənin reallaşması istiqamətindəvəziyyət tamamilə dəyişə bilər.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannaməimzalayıblar.İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" ("Tramp yolu" / TRIPP) adlanacağını bildirib.

Öz növbəsində,Prezident İlham ƏliyevAğ Evdə birgə mətbuatabəyanatda söyləyibki, sözügedəntəşəbbüs çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq:
Just Security:"Azərbaycan logistik mərkəzə çevrilir"

"Bu, həqiqətən, tarixi gündür. Qafqazda sülhü bərqərar edirik. Bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq. Prezident Donald Trampın da düzgün qeyd etdiyi kimi, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq".

Ermənistanın Baş naziri Nikol Paşinyan da avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində, eləcə də sonrakı çıxışlarında layihə haqqında danışıb. Onun sözlərinə görə, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var. Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkiyanın avqustun 19-da İrəvana səfəri əsnasında da bu məsələyə toxunulub. Maraqlıdır ki, o həmin dövrdə bu layihələri müsbət qiymətləndirmişdi.

Firudin Həmidli
AzVision.az
Seçilən
25
1
azvision.az

2Mənbələr