AZ

Rauf Hüseynli üçün əlamətdar görüş

"Kəpəz"in futbolçusu Rauf Hüseynli Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.

Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XIV turunun "Araz-Naxçıvan"la görüşünə (0:2) təsadüf edib.

Rauf səfər matçına start heyətində çıxıb. O, Premyer Liqada keçirdiyi 100 qarşılaşmada 6 qola imza atıb.

Müdafiəçi 5 klubun heyətində çıxış edib. Hüseynli "Kəpəz"də 33 (3 qol), "Şamaxı"da 31 (1 qol), "Qəbələ"də 30 (1 qol), "Zirə"də 5, "Qarabağ"da 1 (1 qol) oyun keçirib.

Qeyd edək ki, Premyer Liqada debütü 2019/2020 mövsümünə təsadüf edən Hüseynli çempionatda 100 və daha çox oyun keçirən 449-cu futbolçudur.

“Sumqayıt”dan minimalhesablı qələbə - YENİLƏNİB

II Liqa: XII tura yekun vurulub

Elmar Baxşıyev: “Oyunçularım bəzi adamların cavabını meydançada verdilər”

Azər Bağırov: “Bəxtsizliyimiz oldu”

"Araz-Naxçıvan"dan inamlı qələbə - YENİLƏNİB

Seçilən
80
10
apasport.az

10Mənbələr