AZ

Hacıqabulda evin 2 otağı əşyaları ilə birgə külə döndü

Hacıqabul rayonunda ev yanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 

Bildirilib ki, rayonun Atbulaq kəndində ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 150 m² sahədə yanıb.


Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

Seçilən
61
1
bizim.media

3Mənbələr