AZ

AMB inflyasiya proqnozlarını açıqlayıb

Bakı. Trend:

Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya uyğunhərəkət edir və hədəf daxilindədir.

Trend MərkəziBanka istinadən xəbər verir ki, 2025-ci ilin oktyabrında 12 aylıqinflyasiya 5.9% təşkil edib.

Məlumata görə, illik qiymət artımı qida məhsulları, alkoqolluiçkilər və tütün məmulatları üzrə 8.2%, ödənişli xidmətlər üzrə5.6%, qeyri-qida məhsulları üzrə isə 2.5% təşkil edib. İllik bazainflyasiya 5% olub. Faktiki inflyasiya başlıca olaraq xarici vədaxili xərc amillərindən təsirlənir.

"Baza ssenariyə əsasən, 2025-ci ilin sonuna və 2026-cı ildəillik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməzqalır. Son meyillərin təhlili növbəti ilə inflyasiya proqnozununazalma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir",- məlumatda vurğulanıb.

"Ötən iclasdan bəri inflyasiya riskləri balansında baş verəndəyişikliklərin təhlili artırıcı risklərin nisbətən səngidiyinigöstərir. Bununla belə, geosiyasi gərginliklər və qlobal ticarətmühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlıqeyri-müəyyənlikləri hələ də yüksək səviyyədə saxlayır. Əsas xaricirisk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi iləbağlıdır. Bu risk ticarət tərəfdaşlarında inflyasiya prosesləri vənominal effektiv məzənnənin dinamikasından asılı olacaqdır. Daxilirisk faktorları isə əsasən təklif – xərc amilləri hesabınaformalaşmaqdadır. 2026-cı ilə dövlət büdcəsinin ilkin parametrlərivə kredit qoyuluşlarının illik artım tempinin səngiməsi məcmutələbin izafi artımı riskini azaldır", - məlumatda qeyd edilib.

Məqalədə:
Seçilən
30
8
az.trend.az

10Mənbələr