AZ

Respublikaçı konqresmen ABŞ-ın NATO-dan çıxması ilə bağlı qanun layihəsi təqdim edib

Bakı, 10 dekabr, AZƏRTAC

ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Tomas Massi Birləşmiş Ştatların NATO-dan çıxması ilə bağlı qanun layihəsi təqdim edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının saytında dərc olunan press-relizdə deyilir. Kentukki ştatından olan respublikaçı NATO-nu “soyuq müharibənin qalığı” adlandırıb. “Biz NATO-dan çıxmalı və həmin vəsaiti öz ölkəmizin müdafiəsi üçün xərcləməliyik”, - deyə siyasətçi bildirib.

Tomas Massi xatırladıb ki, NATO Sovet İttifaqına qarşı yaradılıb və ABŞ-a trilyonlarla dollara başa gəlib. Alyansda iştirak, həmçinin ABŞ-ın xarici müharibələrdə iştirak riskini artırır. Onun sözlərinə görə, “soyuq müharibə” dövründə NATO-nun ilkin məqsədi artıq ABŞ-ın hazırkı milli təhlükəsizlik maraqları ilə uzlaşmır.

Siyasətçinin fikrincə, NATO-nun digər üzvləri öz müdafiələrini təmin etmək üçün kifayət qədər iqtisadi və hərbi imkanlara malikdirlər.

Seçilən
71
2
azertag.az

3Mənbələr