AZ

Şahdağ Turizm Mərkəzində xizək yamacları niyə bağlıdır? - Açıqlama

Qusar, 10 dekabr, Elxan Yusifli, AZƏRTAC

Şahdağ Turizm Mərkəzinin xizək yamacları hazırda bağlıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xizək yamaclarının bağlı olması müşahidə edilən hava şəraitinin qış mövsümünə xarakterik olmaması ilə əlaqələndirilir.

Bu barədə turizm mərkəzinin sosial media səhifələrində məlumat paylaşılıb.

"Hazırda qış-xizək mövsümünə hazırlıq gedir. Yamaclar uyğun vəziyyətə gətirildikdən sonra xizək mövsümünün açılış tarixi rəsmi saytımızda və sosial media səhifələrimizdə elan olunacaq",-deyə paylaşımda qeyd olunub.

Azərbaycanda qış turizm mövsümünün açılışı adətən dekabr ayının ikinci ongünlüyünə təsadüf edir.

Seçilən
30
1
azertag.az

2Mənbələr