Bundan əlavə, ABŞ sərhəd xidmətinin turistlərdən son beş ildə istifadə etdikləri elektron poçt ünvanlarını, telefon nömrələrini, eləcə də ailə üzvlərinin əlaqə məlumatlarını tələb etməsi də gündəmdədir.
Xatırladaq ki, iyun ayında The Washington Post yazmışdı: ABŞ Dövlət Katibi Marko Rubio tələbə vizası müraciəti edən xarici vətəndaşlara qarşı yoxlamaların sərtləşdirilməsi barədə göstəriş verib. ABŞ diplomatik nümayəndəliklərinin əməkdaşları artıq müraciət edən şəxslərin sosial şəbəkə hesablarını yoxlayır.
Səhifələrdə ABŞ vətəndaşlarına, mədəniyyətinə, hökumətinə və dövlət institutlarına qarşı düşmənçilik ifadə edən paylaşımların olub-olmaması araşdırılır. Həmçinin terrorçulara dəstək verən, antisemit fikirlər səsləndirən və ABŞ üçün təhlükə yarada biləcək şəxslərin müəyyənləşdirilməsi tələb olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31