ABŞ-ın Florida ştatında çoxmühərrikli təyyarə "Toyota Camry" avtomobili ilə toqquşub.
Publika.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Bildirilib ki, təyyarə təcili eniş etməyə çalışarkən avtomobilə çırpılıb.
Avtomobilin sürücüsü hadisə nəticəsində yüngül xəsarətlər alaraq xəstəxanaya aparılıb. Təyyarənin iki pilotu isə heç bir xəsarət almayıb.