AZ

"Tottenhem"dən Çempionlar Liqasında yeni rekord

BAKI, 10 dekabr. TELEQRAF

İngiltərənin "Tottenhem" klubu Çempionlar Liqasında bütün zamanların klub rekordunu müəyyənləşdirib.

Teleqraf “Opta Sports”a istinadən xəbər verir ki, klub buna əsas mərhələsinin VI turunda Praqa “Slaviya”sı üzərində 3:0 hesablı qələbədən sonra nail olub.

“Tottenhem” tarixində ilk dəfə evdə keçirdiyi dörd ardıcıl Çempionlar Liqası oyunundaqapısını toxunulmaz saxlamağı bacarıb.

Qeyd edək ki, daha əvvəl “Tottenhem” “Milan”la 0:0 hesablı heç-heçə etmiş, “Vilyarreal”ı 1:0 hesabı ilə məğlub etmiş, “Kopenhagen”i isə 4:0 hesabıyla darmadağın etmişdi.

Seçilən
48
teleqraf.com

1Mənbələr