Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.
Fanat.Az UEFA-nın saytına istinadən xəbər verir ki, "Bayern Münhen" 6-cı turda "Sportinq"i 3:1 hesabı ilə məğlub edərək vəsiqəni təmin edib.
Münhen komandasının hazırda 15 xalı var və pley-off mərhələsində oynayacaq ilk 24 komandada qalacağı dəqiqdir. "Bayern" 5-ci turda pley-off mərhələsinə yüksələn "Arsenal"a qoşulub. Londonluların da 15 xalı var və turnir lideri olaraq qalır.
Yeddi komanda - "Olimpiakos", "Ayntraxt Frankfurt", "Slaviya", "Budyo Qlimt", "Vilyarreal", "Kayrat" və "Ayaks" mərhələnin sonunda ilk səkkizlikdə yer almaq və 1/8 finala birbaşa yüksəlmək şanslarını artıq itiriblər.
Bu gün VI turun daha 9 qarşılaşması baş tutacaq.