AZ

Tramp: Çinlə ticarət sazişi “yaxın vaxtlarda” imzalanacaq...

ABŞ prezidenti bildirib ki, Pekinlə trilyon dollarlıq razılaşmalar əldə edib…

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonla Pekin arasında ticarət sahəsində ciddi irəliləyişlərin olduğunu açıqlayıb. O, Pensilvaniyanın Maunt-Pokono şəhərində çıxışı zamanı ABŞ-Çin ticarət sazişinin “çox yaxın zamanda” imzalanacağını bildirib.

Trampın sözlərinə görə, ABŞ və Çin artıq bir sıra “mükəmməl anlaşmalara” nail olublar. O vurğulayıb ki, Çin ABŞ-dan “bir neçə trilyon dollar dəyərində” məhsul almağa hazırlaşır. Prezident qeyd edib ki, bunun fonunda ticarət sazişinin imzalanması yalnız vaxt məsələsidir.

ABŞ lideri həmçinin 8 dekabrda açıqladığı başqa bir razılaşmanı da xatırladıb. Onun sözlərinə görə, o və Çin sədri Si Cinpin arasında Nvidia şirkətinin istehsalı olan H200 çiplərinin Çinə tədarükünün bərpası barədə razılıq əldə olunub. Tramp bildirib ki, bu ticarət əməliyyatlarından əldə olunan vəsaitin 25%-i birbaşa ABŞ büdcəsinə köçürüləcək.

ABŞ-Çin ticarət münasibətlərindəki fəallaşma iki ölkə arasında uzun sürən texnoloji və iqtisadi gərginlik fonunda diqqəti cəlb edir. Analitiklər hesab edirlər ki, Nvidia çipləri ilə bağlı razılaşma həm qlobal yarımkeçirici bazarında, həm də Pekin-Vaşinqton münasibətlərində mühüm dönüş nöqtəsi ola bilər.

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr