AZ

Serbiyanın sabiq prezidenti yeni dünya nizamının formalaşmasında Azərbaycanın rolu barədə (MÜSAHİBƏ)

Bakı. Trend:

Azərbaycan və Serbiya strateji enerji resurslarına malik olmaqlavə mühüm nəqliyyat dəhlizləri üzərində yerləşməklə, artan qlobalqeyri-sabit şəraitdə mühüm rol oynayırlar.

Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvü,Serbiyanın sabiq prezidenti Boris Tadiç Trend-ə verdiyi özəl müsahibədə bildirib.

“Serbiyada gələcəyin energetikasının əsasını təşkil edəcəklitiumun böyük yataqları cəmləşib, Azərbaycanda isə artıq bu günüçün mühüm enerji potensialı formalaşdıran iri neft və qazehtiyatları mövcuddur”, – deyə o vurğulayıb.

O həmçinin qeyd edib ki, hər iki ölkə Cənub və Cənub-ŞərqiAvropanı birləşdirən mühüm tranzit dəhlizləri üzərində yerləşdiyiüçün əlavə geostrateji əhəmiyyətə malikdir.

“Belə marşrutlar üzərində yerləşən istənilən dövlət qaçılmazşəkildə artan risklərlə üzləşir. Bu amili nəzərə almamaq – uduzmaqdeməkdir. Məhz buna görə böyük dövlətlər arasında rəqabətingücləndiyi bir dönəmdə ehtiyatla hərəkət etmək və ölçülüb-biçilmişsiyasət yürütmək lazımdır”, – deyə Tadiç bildirib.

Qlobal proseslərdən danışan Tadiç qeyd edib ki, beynəlxalqhüquqa hörmətsizlik hazırkı qlobal qeyri-sabitliyin əsas faktorunaçevrilib. Onun sözlərinə görə, beynəlxalq sistemin fraqmentasiyasıprosesi əslində Balkanlardan başlayıb.

“Bu gün biz Ukraynada müharibəni, hərbi müdaxilələriəsaslandırmaq cəhdlərini və dünyanın müxtəlif regionlarındaçoxsaylı silahlı qarşıdurmaları görürük”, – deyə o söyləyib.

Tadiç vurğulayıb ki, beynəlxalq ictimaiyyət mövcud böhranvəziyyətindən çıxış yolu tapmağa borcludur.

O həmçinin xatırladıb ki, Qlobal Bakı Forumunun yaradıldığıdövrdə dünya tam fərqli idi: o zaman Ukrayna müharibəsi haqdadanışılmırdı və hətta Yaxın Şərqdə nizamlanmanın belə indikiböhranlarla müqayisədə daha yaxın görünürdü.

Beynəlxalq qarşılıqlı fəaliyyət formalarından danışan Tadiç qeydedib ki, bu gün multilateral əməkdaşlığın inkişafı xüsusiləvacibdir.

“Çoxtərəflilik beynəlxalq əməkdaşlığın əsas modellərindən biriolaraq qalır. Bu, yeganə format deyil, lakin belə bir fəlsəfəolmadan dünyanın qarşılaşdığı çağırışlara kompleks həllər tapmaqmümkün deyil”, – deyə o bildirib.

Tadiç rəqəmsallaşmanın və süni intellektin qlobal proseslərətəsirinə ayrıca diqqət ayırıb. Onun sözlərinə görə, bir çoxsiyasətçi hələ də bu texnologiyaların və onların əsasını təşkiledən araşdırmaların əhəmiyyətini lazımınca qiymətləndirmir.

“Süni intellekt insan düşüncəsinin əksidir. Rəqəmsal dünyaməlumatların daha sürətli və daha mürəkkəb formada ötürülməsinəimkan verir və yüksək səviyyəli əlaqəlilik yaradır”, – deyə obildirib.

Eyni zamanda Tadiç qeyd edib ki, texnoloji tərəqqi ciddi risklərdə daşıyır.

“Hər şey tənzimləmə, məlumatların idarə edilməsi, məlumatmərkəzlərinin təhlükəsizliyi və onların böyük enerji tələbatınınhəlli kimi məsələlərdən asılıdır. Gələcəkdə daha çox tənzimləməyəehtiyac yaranacaq”, – o deyib.

Məqalədə:
Seçilən
60
1
az.trend.az

2Mənbələr