Volujskidə manyak 5 atın ağzına turşu töküb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Atçılıq klubuna təkrar hücum edilib, polis hərəkətsizlikdə ittiham olunur.
Hadisə Rusiyanın Volujski şəhərindəki atçılıq klubunda baş verib. Naməlum şəxs gecə saatlarında kluba gizlicə daxil olaraq atlara işgəncə verib. O, 5 atın ağzına turşu (kislota) töküb.
Nəticədə heyvanlar ciddi xəsarət alıb: onlardan dördünün vəziyyəti ağır, birinin isə kritikdir.
Bildirilir ki, bu, sözügedən kluba edilən ikinci hücumdur. Aprel ayında da eyni manyak atları sabun məhlulu ilə zəhərləyib və həmin vaxt heyvanlar tələf olub.
Klubun işçisi cinayətkarın şəxsiyyətini bildiyini iddia edir. O, hələ aprel ayında bütün məlumatları polisə ötürdüyünü bildirsə də, hüquq-mühafizə orqanları tərəfindən indiyədək heç bir tədbir görülməyib.
Xuraman Etibarlı
İnterpress.az