AZ

Aİ Rusiya aktivlərinin daimi dondurulması ilə bağlı xüsusi qanun qəbul etməyə tələsir - ÖZƏL

Avropa İttifaqı (Aİ) Rusiya Federasiyasına məxsus təxminən 210 milyard avroluq aktivlərin müddətsiz dondurulması üçün xüsusi qanunu sürətlə qəbul etməyə çalışır. Olaylar.az xəbər verir ki,  Financial Times qəzetinin məlumatına görə, bu addım Macarıstanın mümkün vetosunun qarşısını almaq məqsədi daşıyır. Məlumata əsasən, Avropa Komissiyası dondurulmuş aktivlərdən əldə olunan gəlirləri Ukraynaya yaxın iki il ərzində təxminən 90 milyard avro kredit vermək üçün istifadə etməyi planlaşdırır. Bu sxemin işləməsi üçün aktivlərin yalnız altı ay müddətinə deyil, müddətsiz şəkildə bloklanması tələb olunur. Hazırda sanksiyaların uzadılması bütün 27 Aİ ölkəsinin yekdil qərarı ilə mümkündür və məhz bu səbəbdən Macarıstanın etirazı prosesə mane ola bilər.
Aİ rəsmiləri hesab edir ki, xüsusilə ABŞ-ın mümkün siyasət dəyişikliyi fonunda Budapeştin Kiyevə əlavə dəstək göstərilməsinə qarşı çıxacağı ehtimal olunur.
Avropa Komissiyası bundan əvvəl dondurulmuş Rusiya aktivlərinin tam müsadirəsi ilə bağlı plan açıqlamışdı. Bu vəsaitlərin 2026-2027-ci illərdə Ukraynaya maliyyə dəstəyi məqsədilə "reparasiya krediti" adı altında istifadə olunması nəzərdə tutulur. Komissiya həmçinin Aİ-yə daxil olmayan Qərb ölkələrini də bu təşəbbüsə qoşulmağa çağırıb.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya aktivlərinə qarşı atılacaq hər hansı addım Moskvanın sərt reaksiyasına səbəb olacaq və ciddi nəticələr doğuracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr