Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiyadan olan turistlər “Ural Hava Yolları” (“Уральские авиалинии”) şirkətinin İrəvandan Moskvaya həyata keçirilməli olan reysi ilə bağlı ardıcıl təxirəsalmalara tuş gəliblər.Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, dekabrın 9-da gecə saat 02:30-a planlaşdırılan uçuş güclü hava çirkliliyi səbəbindən saat 19:00-a qədər təxirə salınıb.Sərnişinlərin sözlərinə görə, hava yolu şirkətinin əməkdaşları yeddi saat ərzində onlara nə yemək, nə də su verib və ümumiyyətlə əlaqəyə çıxmayıblar.Uzun gözləntidən sonra şirkət nümayəndələri narazılığın artmamasına görə, nəhayət sərnişinlərin yanına gələrək onların hava limanını tərk etməsini təklif ediblər. Bildirilib ki, turistlər yaxınlıqdakı hoteldə “lüks otaqlarla” təmin olunacaqlar.Hazırda reysin həyata keçirilməsini gözləyən sərnişinlər aviaşirkət barəsində şikayətlər yazır, Ermənistan hava limanında etiraz edirlər.Cavid, BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.