AZ

ABŞ Venesuelaya qırıcı təyyarələr göndərdi

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Amerikanın iki F/A-18 qırıcısı Venesuela sahillərində sular üzərində qısa uçuş həyata keçirib.

"Unikal" xəbər verir ki,  bu barədə "Associated Press" (AP) yazır. 

"ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki F/A-18 döyüş təyyarəsi Venesuela körfəzi üzərində 30 dəqiqə uçub”, - məlumatda deyilir.

Qeyd olunur ki, bu uçuş Amerika hərbi təyyarələrinin Venesuela hava məkanına ən yaxın yaxınlaşması olub.

ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisinin sözlərinə görə , qısa uçuş “adi təlim” idi və döyüş təyyarələrinin döyüş qabiliyyətini nümayiş etdirmək məqsədi daşıyıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
1
unikal.az

2Mənbələr